Son dəqiqə

Azərbaycan Milli Məclis minatəmizləmə işğaldan azad edilmiş ərazilər

Minaların təmizlənməsinə ötən il 100 milyon manata yaxın pul xərclənib

Bakı. TurkicWorld:

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait məlum olub.

TurkicWorld xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da yer alıb.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsaitdən 99,9 milyon manatı ərazilərin minalardan təmizlənməsinə xərclənib.

İşğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi üçün Minatəmizləmə Agentliyinə 0,37 mln. manat, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin sürətləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə "GCS-200" tank əleyhinə minatəmizləmə komplekslərinin, onların ehtiyat və köməkçi hissələrinin alınması üçün Fövqəladə Hallar Nazirliyinə 4,9 mln. manat ayrılıb.

Mövzuya görə xəbərlər