Bakı, TurkicWorld
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində "Şuşa günləri" tədbiri keçiriləcək.
TurkicWorld-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Məlumata görə, tədbir Şuşa-2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində baş tutacaq.
Qurum tədbirin icrası işlərini "LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 182.115,5 AZN (182 min 115 manat 5 qəpik) olan müqavilə bağlayıb.