Son dəqiqə

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri Cüdo

“Böyük Dəbilqə”: 3 cüdoçumuz qələbə ilə başlayıb

Bakı. TurkicWorld:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 4 idmançısı tatamiyə çıxacaq.

“Böyük Dəbilqə”
Kişilər

90 kq
Vüqar Talıbov ilk görüşünü Cahongir Macidova (Tacikistan) qarşı keçirib. Qələbə qazanan idmançı 1/8 finalda Mixail İqolnikovla (AİN) münasibətinə aydınlıq gətirəcək.

Elcan Hacıyev 1/16 finalda ispaniyalı Daniel Trinidadla üz-üzə gəlib. Görüşü aktivinə yazan yığma üzvü növbəti qarşılaşmasında avstriyalı Tomas Şarfetterlə gücünü yoxlayacaq.

+100 kq
Uşanqi Kokauri 1/16 finalda Yerassil Kajibayevlə (Qazaxıstan) güləşib və rəqibini mübarizədən kənarlaşdırıb. Cüdoçu ikinci görüşündə Uça Tabatadze ilə qarşılaşacaq.

Camal Qamzatxanovun rəqibi çexiyalı Lukas Krpalek olub. Təmsilçimiz startda uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, millimizin yarışın ilk 2 günündə 2 bürünc medal qazanıb. Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) 3-cü yeri tutub.

Mövzuya görə xəbərlər