Bakı, TurkicWorld
ABŞ Ticarət Nazirliyi Rusiyadan üç, Çindən altı və Birləşmiş Ərəb Əmirliklərindən iki şirkətə ixrac məhdudiyyətləri tətbiq edib.
TurkicWorld xəbər verir ki, bu barədə amerika hökumətinin Federal reyestrində yerləşdirilən məlumatda bildirilib.
ABŞ Ticarət Nazirliyinin strukturuna daxil olan Sənaye və Təhlükəsizlik Bürosu, sanksiyaların tətbiq olunduğu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə zidd fəaliyyət göstərdiyini iddia edib.