Bakı. TurkicWorld:
Qazaxıstanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi 633 milyon dollar təşkil edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov məlumat verib.
"Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstanın Fars körfəzi regionunda əsas ticarət və iqtisadi tərəfdaşlarından biridir. Belə ki, ötən ilin sonunda ölkələr arasında ticarət dövriyyəsi 633 milyon dollar təşkil edib. Yaxın gələcəkdə qarşılıqlı ticarətin çeşidini genişləndirməklə bu rəqəmi 1 milyard dollara çatdırmaq mümkündür. Biz bütün prioritet sahələrdə gələcək əməkdaşlığa açığıq və BƏƏ investorlarına onların təşəbbüslərinin həyata keçirilməsində hərtərəfli dəstək verməyə hazırıq",- deyə baş nazir bildirib.