Türkmənistan və Qazaxıstan mədəniyyət günləri tədbirləri təşkil edəcək

Türkmənistan və Qazaxıstan mədəniyyət günləri tədbirləri təşkil edəcək

Bakı. TurkicWorld:

Türkmənistan və Qazaxıstan mədəniyyət günləri tədbirləri təşkil edəcək.

TurkicWorld-un məlumatına görə, Türkmənistanın Qazaxıstandakı səfiri Batır Rejepov Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Erbol Alikulov ilə görüşüb.

Tərəflər bu ilin iyun ayında Qazaxıstanda keçiriləcək Türkmənistan Mədəniyyət Günlərinə və oktyabr ayında Türkmənistanda keçiriləcək Qazaxıstan Mədəniyyət Günlərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bu səbəbdən də Aşqabadda qazax sənətçilərinin iştirakı ilə rəsm sərgisi, Qazax kinosu günləri və konsert proqramının təşkili nəzərdə tutulur.