Aygün Bəylərlə vida mərasimi başa çatıb

Aygün Bəylərlə vida mərasimi başa çatıb

Bakı. TurkicWorld:

Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başa çatıb.

TurkicWorld xəbər verir ki, Əməkdar artisti son mənzilə yola salmağa mədəniyyət və incəsənət xadimləri, Aygün Bəylərin həmkarları, doğmaları və yaxınları gəlib.

Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

xxx

11:05

Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.

Trend xəbər verir ki, Əməkdar artisti son mənzilə yola salmağa mədəniyyət və incəsənət xadimləri, Aygün Bəylərin həmkarları, doğmaları və yaxınları gəlib.

Vida mərasimi saat 13:00-dək davam edəcək, sonra isə Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 13 yaşında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olur. Məhz bu dövrdə onun peşəkar səhnədə ilk çıxışı, xarici ölkələrə, ölkənin müxtəlif şəhər və rayonlarına qastrol səfərləri baş tutur.

1995-ci ildə, 20 yaşında ikən əfsanəvi Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradan Aygün Bəylər geniş konsert fəaliyyətinə başlayır, eləcə də milli incəsənəti xaricdə təmsil edir.

1998-ci ildə Aygün Bəylər Azərbaycan Dövlət Konservatoriyasının (hazırki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xanəndəlik (muğam ifaçısı) fakültəsinə daxil olur, burada onun müəllimləri Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqaları olub.

2005-ci ildə Aygün Bəylər Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Folklor Festivalının qalibi olur. O, Fransa, İspaniya, Mərakeş, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.