Son dəqiqə

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Filarmoniyanın təşəbbüsü ilə Mark Drobinski tərəfindən ustad dərs keçirilib

Bakı. TurkicWorld:

Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü ilə tanınmış cello ifaçısı Mark Drobinski (Fransa) tərəfindən ustad dərs keçirilib.

TurkicWorld x\b\r verir ki, M.Drobinski öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları və gənc istedadlar ilə bölüşüb.

O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb və müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkür bildirib. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirib. M.Drobinski əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi diqqət yetirib.

Ustad dərsdə Calalə İsmayılzadə, Nuray Vəkilova, Vaqif Qurbanov, Orxan Hüseynov, Ərol Rzayev P.Locatelli, S.Rahmaninov, A.Piatti, A.Dvorak, İ.S.Bax və F.Şubertin əsərlərini səsləndiriblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Mövzuya görə xəbərlər