Son dəqiqə

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti təşkil olunub

Bakı. TurkicWorld:

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.

TurkicWorld xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Rəhimova (viola) və Renata Abubəkirova (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda J.Ph.Rameau "Zərdüşt" Uvertürası, W.A.MozartViolin, viola və orkestr üçün Konsert Simfoniyası Es-dur, K.364, A.Məlikov "Qızların rəqsi", "Komdenin arzuları", "Təlxəklərin rəqsi",E.Grieg "Holberg zamanından" (qədim üslublu süita), op.40 səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Mövzuya görə xəbərlər