Son dəqiqə

Çinin müsəlman kunq-fu döyüşçüləri

Bakı,TurkicWorld:

Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənətdir. "Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Bu gün Kunq Fu haqqında danışarkən ağləmıza onun dünyaya tanınmasında böyük rol oynayan aktyorlar Brüs Li, Ceki Çan və Cet Li gəlir.

Kunq Fu hər nə qədər Çin mirası kimi qələmə kimi verilsə də unudulan və ya yaddaşlardan bilərək silindirilən bir məqam var, bu da Kunq Fu nun əslində çin müsəlmanlarının da həyatının bir hissəsi olmasıdır.Çində İslam Çin cəmiyyəti ilə daim qarşılıqlı əlaqədə mövcud olub. Tarixi mənbələrə əsəslanaraq demək olar ki , peyğəmbərin vəfatından tam 19 il sonra Çin ilə İslam dünyası arasında əlaqələr qurulub.


Ərəb müsəlmanları ilə çinlilər arasında böyük əlaqələrə səbəb olan erkən ticarət İslamın uzaq şərqdə yayılmasında və müsəlman-çinli kimliyinin möhkəmlənməsində mühüm rol oynadı.

Hazırda Çində müsəlmanlar bir azlıq təşkil etsələr də, Huilər bu ölkədəki müsəlmanların əksəriyyətini təşkil edirlər.Lakin Çindəki müsəlmanların üstünlük təşkil etdiyi bölgə uyğurların çox olduğu Sincan Uyğur Muxtar Bölgəsidir. Ningxia, Gansu və Qinghai kimi bölgələr daha az konsentrasiyaya baxmayaraq, hələ də böyük müsəlman əhaliyə malikdir.

Çin əhalisinin 1,5-5%-i İslam dininə mənsubdur. Çinin rəsmi olaraq tanıdığı 56 xalq arasında 10 azlıq qrupu var, əsasən müsəlmanlar: Hui, Uyğur, Qazax, Donşyan, Qırğız, Özbək, Salar, Tacik, Bonan və Tatar.

Kunq Fu Çİn dəki müsəlmanların , daha doğrusu ordakı islam mirasının da ayrılmaz hissəsidir. Kunq Fu tarix boyu Çin mədəniyyətinin unikallığını İslamla birləşdirib. Bu məsələdə çinli müsəlman Kunq Fu ustalarının rolu heç də az deyil.

Li Shengjun, Çindəki Zhabu məscidinin qarşısında ənənəvi döyüş sənətləri ilə məşğul olur - China Daily ( FOTO)Li Shengjun, Çindəki Zhabu məscidinin qarşısında ənənəvi döyüş sənətləri ilə məşğul olur - China Daily ( FOTO)

Çinli müsəlmanlar Kung Fu ilə yanaşı öz döyüş növlərini də inkişaf etdirmişdilər. Bu döyüş növləri zaman-zaman İslam (ərəb) adları ilə təcəssüm olunurdu və onların texniki effektivliyi Kung Fu döyüş sənətindən geri qalmırdı. Silat və Uşu kimi döyüş növlərinə yiyələnən çinli müsəlmanlar Pigua Quan döyüç sənətinin ixtiraçısı hesab olunurlar.

Pigua Qua Çindəki müsəlmanları qorumaq üçün döyüş növü idi və müsəlman icmaları arasında gizli şəkildə öyrədilirdi.

Çin döyüş sənəti və İslam tarixində nəzərə alınmalı çoxlu adlar var. Xüsusilə Vang Zi Ping (1881 - 1973) və Chang Tung Sheng (1908 - 1986) kimi müsəlman döyüş sənəti ustaları hər zaman öndə olub.

Vanq Zi-Pinq (1881-1973) Çin Döyüş Sənəti və Ənənəvi Təbabət üzrə Çinli müsəlman simalardan biri idi. O, 1928-ci ildə Döyüş Sənəti İnstitutunun Şaolin Kung Fu bölməsinin rəhbəri və eyni zamanda Çin Uşu Assosiasiyasının sədr müavini olub. Vanq Zi Pinq həm də İslamla bağlı bilikli bir insan idi. O, döyüş sənəti ilə yanaşı, Quran öyrətməsi ilə məşhur idi.Müxtəlif döyüş növləri üzrə usta olan Vanq Zi Pinq həm müsəlman, həm də qeyri-müsəlman insanlar üçün ilham mənbəyi idi.

Döyüş sənətindəki ustalığı ona müxtəlif xarici rəqiblər üzərində qələbə qazanmağa imkan vermişdi, bu da çinlilər arasında onun çox sevilməsinə və islamın yayılmasına vəsilə olmuşdu.

Chang Tung-Sheng (1908-1986) döyüş sənətçisi idi o da eyni zamanda dindar birisi idi. Ona döyüşün ilk anlarından rəqiblərini tələyə salmaq bacarığına görə"Uçan Kəpənək" ləqəbi verilmişdi.

Çin Döyüş Sənətləri ilə məşğul olan müsəlman məktəbli qızlar.