Son dəqiqə

Asiya İnkişaf Bankı (AİB)

AİB Azərbaycanda "Yaşıl" enerji sahəsində layihələrin gerçəkləşdirilməsi imkanlarını araşdırır

BAKI,TurkicWorld

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda "yaşıl" enerji sahəsində layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

TurkicWorld xəbər verdiyi məlumata görə, bu barədə AİB-in Azərbaycan üzrə ölkə direktoru Sünniya Durrani-Camal Bakıda Asian Development Outlook 2026 icmalının təqdimatı zamanı bildirib.

"Avropa da karbohidrogenlərdən asılılığın azaldılmasına böyük maraq göstərir və buna uyğun olaraq bərpa olunan enerji mənbələrinin inkişafını daha fəal şəkildə nəzərdən keçirir. Azərbaycan isə öz növbəsində günəş enerjisinə əhəmiyyətli investisiyalar yatırır. Biz Energetika Nazirliyi ilə birgə, o cümlədən özəl sektor əməliyyatları mexanizmləri vasitəsilə üç iri layihə həyata keçirmişik. Gələcəkdə enerji təhlükəsizliyi baxımından böyük potensialın mövcud olduğu külək enerjisinin inkişafı da nəzərdən keçirilir", – o bildirib.

Durrani-Camal qeyd edib ki, ənənəvi faydalı qazıntılarla yanaşı, ölkə bərpa olunan enerji sahəsində də əhəmiyyətli potensiala malikdir və bu potensial hökumət tərəfindən fəal şəkildə öyrənilir və inkişaf etdirilir.

"Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın mövqeyi baxımından ölkə kifayət qədər əlverişli mövqedədir, lakin bu, investisiyalar tələb edəcək. Biz də öz növbəmizdə hökuməti bu istiqamətdə dəstəkləməyə hazırıq", – deyə o vurğulayıb.

Durrani-Camal qeyd edib ki, ənənəvi faydalı qazıntılarla yanaşı, ölkə bərpa olunan enerji sahəsində də əhəmiyyətli potensiala malikdir və bu potensial hökumət tərəfindən fəal şəkildə öyrənilir və inkişaf etdirilir.

Mövzuya görə xəbərlər