BAKI,TurkicWorld
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə dayanıqlı infrastruktur və adaptasiya strategiyaları üzrə regional layihəni nəzərdən keçirir.
TurkicWorld bu barədə banka istinadən məlumat verir.
Layihə həmçinin Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Özbəkistan, Türkiyə və digər ölkələri əhatə edir. Maliyyələşmənin 800 min dollar məbləğində Xüsusi Texniki Yardım Fondu vasitəsilə gerçəkləşməsi gözlənilir.
Hazırkı mərhələdə layihənin digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, ümumilikdə AİB-in 2025-ci ildə Azərbaycan qarşısında öhdəliklərinin həcmi 58,8 milyon dollar təşkil edib.
Bundan əlavə, 2025-ci ildə bank Azərbaycanla 2029-cu ilədək dövrü əhatə edən yeni tərəfdaşlıq strategiyasını təqdim edib.
Analitik fəaliyyətə, innovasiyalara və katalitik maliyyələşdirməyə əsaslanan strategiya "yaşıl" və şaxələndirilmiş artımın təmin edilməsinə, aşağı karbonlu qarşılıqlı bağlantıların inkişafına və yüksək əlavə dəyərə malik sahələrin təşviqinə yönəlib. Strategiya həmçinin daha rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması məqsədilə ixtisaslı işçi qüvvəsinin inkişafı da daxil olmaqla, Azərbaycanın milli prioritetlərinin həyata keçirilməsinə dəstəyi nəzərdə tutur.







