Son dəqiqə

Türkmənistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyə turizm statistikası Mədəni turizm təcrübələri Türkiyəli turistlər 2025 turizm mövsümü xarici turist axını Türkiyə turizm siyasəti Turistlər üçün şərait

Türkiyəyə səfər edən türkmənistanlıların turistlərin sayı 25 faizdən çox artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin yanvar ayında Türkmənistandan Türkiyəyə 15 min 468 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 25,17 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,69 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.

Mövzuya görə xəbərlər