Турецкая армия нейтрализовала двух террористов на севере Ирака

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik terrorçuların "Pençe-Kilit" əməliyyatı bölgəsində zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, ötən gün "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçularla toqquşma nəticəsində türk əsgəri Saleh Ay şəhid olub.