Finlandiya alyans üzvü olaraq ilk NATO təlimini tamamlayıb

Finlandiya alyans üzvü olaraq ilk NATO təlimini tamamlayıb

Bakı, TurkicWorld:

Almaniyanın FGS Mecklenburg-Vorpommern və Portuqaliyanın NRP Bartolomeu Dias freqat gəmilərinin simvolik olaraq Finlandiyanın Helsinki limanına gəlməsi ilə Finlandiya alyans üzvü olaraq ilk NATO təlimini tamamlayıb.

TurkicWorld xəbər verir ki, Almaniya və Portuqaliya gəmiləri 16 aprelə qədər Helsinki limanında lövbərdə qalacaq.

Məlumata əsasən, freqat gəmilər Finlandiya Sahil Donanmasının Finlandiya körfəzində üç gəmi ilə təşkil etdiyi təlimdə iştirak edib.

Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.

Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.