Son dəqiqə

Əfqanıstanda məktəbdə partlayış - Ölənlər var

Bakı,TurkicWorld

Əfqanıstanın şərqində yerləşən Kunar əyalətindəki məktəblərdən birində partlayış baş verib.

Bu barədə "Aljazeera" telekanalı məlumat yayıb.

Partlayış nəticəsində həlak olan və ya xəsarət alan şagirdlərin sayı hələ ki, məlum deyil.

"Associated Press" (AP) agentliyinin Kunar Əyalət Polis İdarəsinin sözçüsü Fərid Dehqana istinadən yaydığı məlumata görə, partlayış şənbə günü səhər saatlarında Kunarın Andar Ser bölgəsində yerləşən məktəblərdən birində baş verib.

Digər təfərrüatlar hələ ki, açıqlanmır