Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp Benyamin Netanyahu İran blokadası

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana qarşı blokada və iqtisadi təzyiq siyasətinə görə təbrik edib. Netanyahu İranı “dünyada qeyri-sabitliyin ən böyük mənbəyi” adlandırıb.

TurkicWorld xəbər verir ki, Netanyahu “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ və İsrailin son bir il ərzində “tarixi irəliləyiş” əldə etdiyini iddia edib. Onun sözlərinə görə, həyata keçirilən addımlar İranın və onun “şər oxu” adlandırdığı qüvvələrin əvvəlkindən daha zəif vəziyyətə düşməsinə səbəb olub.

“İsrail xalqı terror qüvvələrinə qarşı mübarizədə ABŞ xalqının və Prezident Trampın yanındadır”, – deyə Netanyahu bildirib.

Netanyahu bununla ABŞ-nin İrana qarşı iqtisadi və hərbi təzyiq siyasətinə dəstəyini bir daha ifadə edib.

Hazırkı ABŞ-İran-İsrail qarşıdurmasının hərbi mərhələsi fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayıb. Həmin hücumlarda İranın ali rəhbəri öldürülüb. Hücum diplomatik danışıqların davam etdiyi bir dövrdə həyata keçirilib.

Mövzuya görə xəbərlər