BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə hokkey oynadığını əks etdirən və Karniyə qubernator deyə müraciət etdiyi karikatura şəkil paylaşı.
Ağ Ev rəhbərinin "Truth Social" platformasında dərc olunan karikaturada Karni buzun üzərində oturub, yanında olan Tramp isə ona: "Ayağa qalx, qubernator!", – deyə əmr edir. Bununla da o, Kanadanın baş nazirinin ABŞ ştatlarından birinin rəhbəri olduğunu nəzərdə tutur.
Bundan əvvəl ABŞ prezidenti dəfələrlə Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməli olduğunu bəyan edib. Üstəlik, o, Kanadada yaşayan bir çox insanın ölkələrinin bu statusda ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirib. Karni də, ondan əvvəl hökumətə rəhbərlik etmiş Castin Trüdo kimi, Kanadanın heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacağını bəyan edib.







