Son dəqiqə

Ermənistan Nikol Paşinyan Rusiya Vladimir Putin Dmitri Peskov Moskva Bişkek Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər

BAKI,TurkicWorld

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.

Kremlin nümayəndəsi Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin səfərin bu il baş tutacağını qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüş keçirib. Bu, liderlərin aprel ayında Kremldə keçirilən danışıqlardan sonra ilk ikitərəfli görüşü olub.

Mövzuya görə xəbərlər