Son dəqiqə

İran ABŞ İran İnqilab Keşikçiləri Korpusu Xark adası Neftdaşıyan gəmilər Cask

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran dövlət televiziyası ABŞ-nin hücum etdiyi üç İran neftdaşıyan gəmisinin heyətləri ilə bağlı yeni məlumat yayıb. Məlumata görə, Cask yaxınlığında hücuma məruz qalan iki gəminin heyəti xilasedici qayıqlarla sahilə çıxarılıb.

TurkicWorld xəbər verir ki, İran dövlət televiziyası “Xark” adası yaxınlığında hücuma məruz qalan neftdaşıyan gəmidə yanğın baş verdiyini, lakin sonradan söndürüldüyünü bildirib.

İran Yayım Şirkətinin məlumatına görə, Xark adası yaxınlığındakı hücum nəticəsində ölən olmayıb.

Daha iki neftdaşıyan gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında hücuma məruz qaldığı bildirilib. Gəmilərdən birinin neft yükü daşıdığı qeyd olunub.

İran mediası həmin iki gəminin heyətinin xilasedici qayıqlar vasitəsilə sahilə çatdırıldığını açıqlayıb.

Məlumatda digər iki gəminin hücumu ilə bağlı ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

ABŞ Mərkəzi Komandanlığı isə daha əvvəl üç İran neftdaşıyan gəmisinə zərbə endirdiyini açıqlamış və gəmilərin hamısının məhv edildiyini bildirmişdi.

ABŞ tərəfi zərbələri İran İnqilab Keşikçiləri Korpusunun iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücumundan sonra həyata keçirdiyini bildirib.

Mövzuya görə xəbərlər