Son dəqiqə

Fransa Böyük Britaniya İran ABŞ BMT Təhlükəsizlik Şurası Nüvə Proqramı Beynəlxalq Atom Enerjisi Agentliyi

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə öhdəlikləri ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində qətnamə qəbul etdirməyə çalışır. Tehran isə nüvə silahı hazırlamadığını dəfələrlə bəyan edib.

TurkicWorld xəbər verir ki, ABŞ və Avropanın üç əsas müttəfiqi gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində İran əleyhinə qətnamənin qəbul edilməsi üçün ölkələrlə danışıqlar aparır.

Qətnamənin qəbul ediləcəyi təqdirdə İranın nüvə öhdəliklərini pozması məsələsinin BMT Təhlükəsizlik Şurasına təqdim olunmasına yol aça biləcəyi bildirilir.

2025-ci ilin iyununda qəbul edilmiş əvvəlki qətnamədə İranın bəyan edilməmiş ərazilərdə aşkarlanan uran izləri ilə bağlı araşdırmalarda tam əməkdaşlıq etmədiyi və öhdəliklərini pozduğu qeyd olunmuşdu.

Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə tərəf olan İran nüvə silahı hazırlaya bilməz. Tehran isə nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bildirir.

“Reuters”in məlumatına görə, İran fevral ayında ABŞ və İsrail tərəfindən vurulan nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlarının girişinə hələ də icazə verməyib.

Bu vəziyyət İran ilə beynəlxalq nüvə nəzarəti qurumları arasında gərginliyi daha da artırıb.

Mövzuya görə xəbərlər