BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranda inflyasiyanın kəskin yüksəldiyini və ölkə iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü bildirib. O, İran hakimiyyətini etirazçılara qarşı sərt davranmaqda da ittiham edib.
TurkicWorld xəbər verir ki, Donald Tramp İran iqtisadiyyatının vəziyyətindən danışarkən ölkədə çox yüksək inflyasiyanın olduğunu iddia edib.
“Onlarda çox yüksək inflyasiya var, iqtisadiyyatları dağılır”, – Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin İran hakimiyyətinin ölkə əhalisi ilə pis rəftar etdiyini iddia edib.
Tramp İranda etirazçılara qarşı zorakılığa toxunaraq çox sayda nümayişçinin öldürüldüyünü bildirib.
“Onlar öz xalqı ilə çox pis rəftar edir, çox sayda etirazçını öldürürlər”, – ABŞ Prezidenti deyib.
Tramp açıqlamasında İranla danışıqların mümkün bərpasına da toxunub. O, Tehranla danışıqların yenidən başlanması üçün konkret vaxt müəyyənləşdirmədiyini bir daha vurğulayıb.
ABŞ Prezidenti bundan əvvəl də İranla danışıqların bərpasına tələsmədiyini və bununla bağlı hər hansı vaxt cədvəlinin olmadığını bildirmişdi.







