BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ prezidenti Donald Tramp İranın heç bir halda nüvə silahına sahib olmamasının əsas məqsəd olaraq qalacağını bildirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə özünün sosial şəbəkədəki paylaşımında açıqlama verib.
ABŞ prezidenti qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması onun əsas məqsədidir.
“Əsas məqsəd İranın heç bir şəkildə, heç bir formada nüvə silahına sahib ola bilməməsidir və həmişə belə olacaq”, – deyə Tramp bildirib.
Trampın bu açıqlaması ABŞ-ın İranın nüvə proqramına qarşı mövqeyinin dəyişmədiyini göstərir.
ABŞ prezidenti daha əvvəl də İranın nüvə silahı əldə etməsinə yol verilməyəcəyini dəfələrlə bəyan edib.







