Son dəqiqə

İran ABŞ Tehran Vaşinqton Oman Hörmüz boğazı İslam İnqilabı Keşikçiləri Korpusu Sərdar Möhibi

İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoyub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının yenidən açılmasının Tehranın müəyyən etdiyi xüsusi mexanizm və şərtlərdən asılı olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Sərdar Möhibi Hörmüz boğazının açılması məsələsinin Omanla davam edən danışıqlarla əlaqəsinin olmadığını açıqlayıb.

İranın "Təsnim" xəbər agentliyinin məlumatına görə, Möhibi Hörmüz boğazının Tehran üçün yalnız iqtisadi əhəmiyyət daşıyan su yolu olmadığını bildirib. Onun sözlərinə görə, boğaz İranın coğrafi və strateji gücünün əsas ünsürlərindən biridir.

Sözçü bildirib ki, Hörmüz boğazının yenidən açılması ABŞ-nin İranın irəli sürdüyü şərtləri tam şəkildə qəbul etməsindən və regional danışıqlara müdaxiləni dayandırmasından asılıdır.

Möhibi vurğulayıb ki, ABŞ İranın şərtlərini qəbul etdiyi təqdirdə Hörmüz boğazı mütləq açılacaq.

İran rəsmisinin açıqlamasına əsasən, boğazın açılması ilə bağlı qərar Omanla aparılan danışıqların nəticələrindən deyil, Tehranın müəyyən etdiyi şərtlərin yerinə yetirilməsindən asılı olacaq.

Mövzuya görə xəbərlər