Son dəqiqə

ABŞ Yaxın Şərq CENTCOM Hörmüz boğazı kommersiya gəmiləri Fars Körfəzi neft daşımaları

May ayından bəri Hörmüz boğazından keçən 1000-dən çox gəmiyə dəstək göstərilib - CENTCOM

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) may ayının əvvəlindən etibarən Hörmüz boğazından keçən 1000-dən çox gəmiyə dəstək göstərildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, CENTCOM-un nümayəndəsi Əl-Cəzirə telekanalına bildirib ki, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində qalır və strateji su yolundan keçmək istəyən kommersiya gəmilərinə dəstək verməyə hazırdır.

Məlumata görə, ABŞ hərbi qüvvələri Hörmüz boğazında kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərməyə davam edir.

Qeyd olunub ki, sülh dövründə dünya üzrə neft daşımalarının təxminən 20 faizi Hörmüz boğazından həyata keçirilir. Bu səbəbdən boğaz qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyır.

CENTCOM nümayəndəsi bölgədəki vəziyyətə uyğun olaraq ABŞ qüvvələrinin əməliyyat hazırlığını qoruduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər