Son dəqiqə

ABŞ Pentaqon müdafiə sənayesi Lockheed Martin Northrop Grumman Raket əleyhinə müdafiə

ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Müdafiə Nazirliyi raket əleyhinə müdafiə sistemləri üçün nəzərdə tutulan komponentlərin istehsal gücünün artırılması məqsədilə Lockheed Martin və Northrop Grumman şirkətləri ilə çərçivə sazişi imzalayıb.

TurkicWorld xəbər verir ki, Pentaqon sazişin maliyyə dəyərini açıqlamayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, razılaşma raket əleyhinə sistemlərin əsas hissələrinin istehsal imkanlarının genişləndirilməsinə yönəlib.

Son aylarda müxtəlif mənbələr ABŞ ordusunun silah ehtiyatlarının Ukrayna və İranla bağlı münaqişələr fonunda əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Yeni sazişin bu çatışmazlığın aradan qaldırılması və müdafiə sənayesinin istehsal imkanlarının gücləndirilməsi məqsədi daşıdığı qeyd olunur.

Bununla belə, Pentaqon saziş çərçivəsində istehsal ediləcək komponentlərin həcmi və layihənin icra müddəti barədə əlavə məlumat verməyib.

Mövzuya görə xəbərlər