Son dəqiqə

BMT İsrail Livan Yaxın Şərq mədəni irs cənubi Livan UNSCOL

İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Xüsusi Əlaqələndiricisinin Ofisi (UNSCOL) İsrailin Cənubi Livanda davam etdirdiyi dağıntıların ciddi narahatlıq yaratdığını bəyan edib.

TurkicWorld xəbər verir ki, UNSCOL X sosial şəbəkəsində yaydığı açıqlamada bu dağıntıların mülki infrastruktur, mədəni irs və yerli icmaların tarixi yaddaşı üçün ağır nəticələr doğurduğunu bildirib.

Qurumun bəyanatında qeyd olunub ki, dağıntıların sürətinin artmasına son qoyulmalıdır.

UNSCOL vurğulayıb ki, mövcud problemlərin həlli üçün diplomatik kanallar hələ də açıqdır və bütün tərəflər bu imkanlardan istifadə etməlidirlər.

BMT ofisi həmçinin bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

UNSCOL tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və mülki obyektlərin qorunmasına çağırıb.

Mövzuya görə xəbərlər