BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çinin elektrikli avtomobil istehsalçısı BYD iyul ayında qlobal satışlarını ardıcıl üçüncü ay artıraraq xarici bazarlardakı güclü tələbat hesabına daxili bazardakı zəifləməni qismən kompensasiya edib.
TurkicWorld xəbər verir ki, Reuters-in şirkətin rəsmi məlumatları əsasında apardığı hesablamalara görə, BYD ötən ay dünya üzrə 419 min 211 avtomobil satıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz çoxdur.
Şirkətin xarici bazarlara minik avtomobilləri və pikap ixracı isə daha sürətli artım nümayiş etdirib.
Məlumata görə, iyul ayında BYD-nin xaricə göndərdiyi minik avtomobilləri və pikapların sayı illik müqayisədə 124,3 faiz artaraq 179 min 841 ədədə çatıb.
Şirkət üçün beynəlxalq bazarlarda artan tələbat daxili bazarda müşahidə olunan zəifləmənin təsirini azaltmağa kömək edib.






