Son dəqiqə

İsrail ABŞ Donald Tramp Qəzza HƏMAS Yaxın Şərq silahsızlanma

HƏMAS-ın silahsızlanması mühüm dönüş nöqtəsidir - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS-ın silahsızlanması planı ilə bağlı İsraillə qarşılıqlı anlaşma mövcuddur və Təl-Əviv bu məsələdə konstruktiv mövqe nümayiş etdirir.

TurkicWorld xəbər verir ki, Donald Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı İsrailin HƏMAS-ın silahsızlanması planına "çox müsbət yanaşdığını" deyib.

ABŞ Prezidenti qeyd edib ki, bir çoxları belə bir razılaşmanın mümkün olmayacağını düşünürdü.

Onun sözlərinə görə, proses mürəkkəb olduğundan müəyyən enişli-yoxuşlu mərhələlərin yaşanması istisna deyil.

Tramp HƏMAS-ın silahsızlanması ilə bağlı əldə olunan irəliləyişi Yaxın Şərq üçün mühüm dönüş nöqtəsi adlandırıb.

O əlavə edib ki, bir neçə ay əvvəl belə bir razılaşmanın mümkün görünmədiyini, lakin hazırkı vəziyyətin ABŞ-ın, xüsusilə də İranla bağlı siyasətinin nəticəsi olduğunu iddia edib.

İsrail və HƏMAS tərəfləri isə Trampın bu açıqlamalarına hələlik münasibət bildirməyiblər.

Mövzuya görə xəbərlər