Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq nüvə silahı Kemp-Devid

İran ağır zərbələr alır, lakin nüvə silahına sahib olmasına imkan verməyəcəyik - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla qarşılıqlı hücumlar fonunda atəşkəsin bərpası ilə bağlı suala cavab verərkən ABŞ-ın əsas məqsədinin qalib gəlmək olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Donald Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı İranın ciddi itkilərlə üzləşdiyini iddia edib.

Prezidentin sözlərinə görə, İranın hərbi imkanları əhəmiyyətli dərəcədə zəifləyib.

Tramp bildirib ki, İranın hərbi-dəniz qüvvələri, hərbi hava qüvvələri və hava hücumundan müdafiə imkanları demək olar ki, sıradan çıxarılıb. O əlavə edib ki, İranın hələ də müəyyən imkanları qalsa da, bunlar çox məhduddur.

ABŞ Prezidenti bir daha vurğulayıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcək.

Onun sözlərinə görə, əgər İran nüvə silahına sahib olsaydı, bu, Yaxın Şərq üçün son dərəcə ağır nəticələrə səbəb ola bilərdi.

Mövzuya görə xəbərlər