Son dəqiqə

İran ABŞ Yaxın Şərq Hörmüz boğazı Qlobal İqtisadiyyat enerji bazarı Brent nefti

Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərini kəskin yüksəldib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması fonunda dünya bazarında neftin qiyməti kəskin bahalaşıb. Brent markalı neftin bir barelinin qiyməti 6,7 faiz artaraq 87,55 ABŞ dollarına yüksəlib.

TurkicWorld xəbər verir ki, qiymət artımı ABŞ, İsrail və İran arasında qarşıdurmanın yenidən alovlanması və qlobal neft tədarükü ilə bağlı narahatlıqların güclənməsi ilə əlaqələndirilir.

Bazar iştirakçıları xüsusilə Hörmüz boğazında vəziyyətin gərginləşməsinin Yaxın Şərqdən dünya bazarlarına neft daşınmasına mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Bu ayın əvvəlində Brent markalı neftin qiyməti 72 ABŞ dollarınadək geriləmişdi. Lakin ötən həftə ABŞ və İran arasında neft tankerlərinin Yaxın Şərqdən dünya bazarlarına sərbəst hərəkətini təmin edəcək mümkün razılaşma ilə bağlı qeyri-müəyyənlik səbəbindən qiymət 102 ABŞ dollarınadək yüksəlmişdi.

Analitiklər hesab edirlər ki, regiondakı təhlükəsizlik vəziyyəti və Hörmüz boğazı ətrafında baş verən hadisələr yaxın günlərdə də enerji bazarlarında qiymət dəyişkənliyini davam etdirə bilər.

Mövzuya görə xəbərlər