Son dəqiqə

İsrail İran ABŞ Tehran Əli Xamenei qisas Məhəmməd Cavad Hac Əli Əkbəri

Tehranın cümə imamı hansı qisas çağırışını edib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Tehranın cümə imamı Məhəmməd Cavad Hac Əli Əkbəri İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə görə məsul şəxslərin cəzalandırılmasına çağırıb.

TurkicWorld xəbər verir ki, Əkbəri cümə xütbəsində qisasın ilk mərhələsinin "cinayəti törədənlərin cəzalandırılması" olduğunu bildirib.

O, bununla yanaşı, ABŞ-nin regiondan çıxarılması, İsraili "Qərbi Asiyanın xəritəsindən silmək" və ABŞ-nin qlobal hegemon mövqeyinə son qoyulmasının da İranın qarşıya qoyduğu digər hədəflər olduğunu iddia edib.

Tehranın cümə imamının sözlərinə görə, qisas tələbi yalnız emosional reaksiya deyil, "ağıl, şəriət və hüquqa əsaslanan tələbdir".

Əkbəri bildirib ki, İranın yeni ali rəhbərinin xalqa müraciətində bu mövqe dəstəklənib və qisas çağırışı artıq İslam ümmətinin əsas tələblərindən birinə çevrilib.

İran rəsmisinin çıxışında səsləndirdiyi fikirlər onun şəxsi və dini-siyasi mövqeyini əks etdirir. ABŞ və İsrail tərəfi bu bəyanatlara hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər