Son dəqiqə

İran ABŞ Suriya İraq İordaniya İslam İnqilabı Keşikçiləri Korpusu əl-Tənf

Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Suriya İranın ölkənin cənub-şərqində, İordaniya və İraq sərhədləri yaxınlığında yerləşən əl-Tənf bazasına zərbə endirməsi barədə yayılan məlumatları təkzib edib.

TurkicWorld xəbər verir ki, Suriyanın hərbi mənbəsi bu barədə Əl-Cəzirə telekanalının ərəb xidmətinə açıqlamasında danışıb.

Mənbənin sözlərinə görə, əl-Tənf bazası heç bir hücuma və ya atəşə məruz qalmayıb.

"Biz bazanın hədəfə alındığını və ya atəşə tutulduğunu təkzib edirik. Həmçinin orada ABŞ hərbi qüvvələrinin mövcudluğu yoxdur", – deyə suriyalı hərbi mənbə bildirib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin son hücumlarına cavab olaraq əl-Tənf bazasını vurduğunu açıqlamışdı.

Beləliklə, İran və Suriya tərəflərinin hadisə ilə bağlı açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir.

ABŞ tərəfi isə İranın əl-Tənf bazasına zərbə endirdiyi barədə iddialara və Suriyanın təkzibinə hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər