Son dəqiqə

İran ABŞ Donald Tramp Neft tədarükü Hörmüz boğazı Neft Qiymətləri enerji bazarı Brent nefti

Yeni hücumlar fonunda neft bahalaşıb, dollar zəifləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi qlobal enerji bazarlarına təsir edib. Yeni hücumlar və Hörmüz boğazı ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri yüksəlib.

TurkicWorld xəbər verir ki, Nyu-York fond bazarlarında ticarət başlayarkən neft qiymətləri 3 faizdən çox artıb.

Beynəlxalq göstərici hesab olunan Brent markalı neftin qiyməti gün ərzində 5 faizədək bahalaşaraq bir barel üçün təxminən 87 dollara çatıb.

Neft qiymətləri bundan əvvəl də bazar ertəsi günü 9 faiz yüksəlmişdi.

Ticarət qrupu “XTB”nin araşdırma direktoru Ketlin Bruks bildirib ki, yeni döyüşlərin davam etməsi və mümkün blokada ehtimalı Hörmüz boğazından keçən gəmi hərəkətini demək olar ki, dayandırıb.

Onun sözlərinə görə, təchizat zəncirində yaranan problemlər neft qiymətlərinə əlavə təzyiq göstərir.

ABŞ Prezidenti Donald Trampın İran limanlarına qarşı blokadanı yenidən tətbiq etməsi və Hörmüz boğazından keçən gəmilər üçün ödəniş təklif etməsi də bazarlarda narahatlığı artırıb.

ABŞ son bir həftə ərzində İrana qarşı üçüncü hücum dalğasını həyata keçirib.

Eyni zamanda dolların məzənnəsində zəifləmə müşahidə olunub. Bazar iştirakçıları inflyasiya göstəricilərinin azalmasını və geosiyasi riskləri qiymətləndirirlər.

Mövzuya görə xəbərlər