İran ABŞ BƏƏ Hörmüz boğazı Dəniz ticarəti Gəmiçilik

Hörmüz boğazında gəmi hərəkəti rekord həddə azalıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazında gəmi hərəkəti ABŞ və İran arasında iyun ayında imzalanan anlaşmadan sonra ən aşağı səviyyəyə düşüb. Strateji su yolundan keçən gəmilərin sayı kəskin azalıb.

TurkicWorld xəbər verir ki, Hörmüz boğazında bu səhərdən etibarən cəmi dörd gəminin keçidi qeydə alınıb və bu, iyunun 17-də anlaşma memorandumu imzalandıqdan sonra ən aşağı göstərici hesab olunur.

Dəniz hərəkətini izləyən “Marine Traffic” platformasının məlumatına görə, keçid edən gəmilər arasında bir neft tankeri və üç konteyner daşıyan gəmi olub.

Məlumata əsasən, həmin dörd gəmi boğazdan keçməzdən əvvəl Oman və Birləşmiş Ərəb Əmirliklərində yerləşən limanlardan yola çıxıb.

Lakin gəmilər geri qayıdarkən onların son təyinat məntəqəsi və sahiblik qeydiyyatı ilə bağlı məlumatların gizlədildiyi bildirilib.

Hörmüz boğazında gəmi hərəkətinin azalması regionda artan hərbi gərginlik və dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda baş verir.

Dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi bu su yolunda hərəkətin azalması qlobal ticarət və enerji bazarları üçün əlavə risklər yaradır.

Mövzuya görə xəbərlər