Son dəqiqə

İran ABŞ Donald Tramp Ağ Ev Yaxın Şərq ABŞ-İran münasibətləri

Tramp İranı “çox sərt” zərbələrlə hədələyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranı müvəqqəti razılaşmanı pozmaqda ittiham edib və ölkəyə qarşı daha güclü hərbi addımlar atılacağını bildirib.

TurkicWorld xəbər verir ki, Ağ Evin yaydığı açıqlamaya əsasən, Donald Tramp İranla əldə olunan razılaşmanın pozulduğunu iddia edib. O bildirib ki, ABŞ buna cavab olaraq İrana qarşı daha sərt zərbələr endirəcək.

“Bu, əldə olunmuş razılaşma idi, lakin onlar bunu pozdular. Onlar həmişə belə edirlər. Biz bu insanlarla 10 razılaşma əldə etmişik və indi onlara çox sərt zərbə vuracağıq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İran rəhbərliyini sərt ifadələrlə tənqid edərək, bu yanaşmanın uzun müddətdir davam etdiyini qeyd edib.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda verilib. Son günlər tərəflər arasında qarşılıqlı hücumlar və ittihamlar intensivləşib.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Tehran arasında yaranan qarşıdurma diplomatik danışıqlar prosesinin gələcəyinə və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.

Mövzuya görə xəbərlər