Son dəqiqə

Qətərin sabiq Əmiri Şeyx Həməd bin Xəlifə Əl Sani Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani

Qətərin sabir əmiri Həməd bin Xəlifə Əl Sani 74 vəfat edib

BAKI, TurkicWorld

Qətərin sabiq Əmiri Şeyx Həməd bin Xəlifə Əl Sani 74 yaşında vəfat edib. Mərhum hazırkı Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Saninin atasıdır.

ArabAZ xəbər verir ki, Qətər Əmirlik Divanından verilən rəsmi bəyanatda bildirilir ki, Şeyx Həməd bin Xəlifə Əl Sani bu gün səhər saatlarında dünyasını dəyişib. Açıqlamada sabiq Əmirin uzun müddətdir xəstəxanada müalicə olunduğu qeyd edilib və mərhuma Allahdan rəhmət dilənilib.

Şeyx Həməd bin Xəlifə Əl Sani 1995–2013-cü illərdə Qətər Əmiri rəsmi vəzifəsində çalışıb. O, 2013-cü ildə ölkə rəhbərliyini və hakimiyyəti öz istəyi ilə oğlu, hazırkı Əmir Şeyx Təmim bin Həməd Əl Saniyə rəsmən təhvil vermişdi.