Son dəqiqə

İran ABŞ Donald Tramp Hörmüz boğazı Müctəba Xamenei Beynəlxalq Böhran Qrupu

Hörmüz boğazı ətrafında gərginlik artır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ilə İran arasında gərginliyin artması fonunda Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər bir-birinə qarşı sərt bəyanatlar versələr də, vasitəçilər vasitəsilə diplomatik təmasların davam etdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, İranın dövlət informasiya vasitələri yeni ali rəhbər Müctəba Xameneiyə aid olduğu bildirilən son bəyanatı yayıblar. Məlumata görə, Müctəba Xamenei mart ayında dini rəhbərlər şurasının qərarı ilə ali rəhbər seçildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb və bu müddət ərzində heç bir açıq çıxış etməyib.

Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaiz hesab edir ki, Tehrandan səslənən qisas çağırışları əsasən daxili ictimai rəyə hesablanıb. Onun fikrincə, paralel şəkildə davam etdirilən diplomatik səylərin əsas məqsədi isə tərəflərin yeni və ağır müharibə mərhələsinə keçməsinin qarşısını almaqdır.

Əli Vaiz bildirib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsin başa çatdığı barədə bəyanatı danışıqların siyasi dəyərini azaltsa da, onların əhəmiyyətini aradan qaldırmır. O vurğulayıb ki, həm Vaşinqton, həm də Tehran nəzarətdən çıxa biləcək yeni hərbi eskalasiyanın ağır nəticələrini anlayır və buna görə diplomatik kanalların açıq qalmasına çalışır.

Mövzuya görə xəbərlər