BAKI,TurkicWorld,Yusif Şərifzadə
Tehranda yerləşən Tətbiqi Elmlər və Texnologiya Universitetinin professoru Mustafa Xoşçeşm ABŞ ilə İran arasında qarşıdurmanın daha da dərinləşəcəyini bildirib. Onun sözlərinə görə, ölkədə milyonlarla insan mərhum Əli Xameneinin dəfn mərasimi keçirilməzdən əvvəl belə qisas tələbi ilə çıxış edib.
TurkicWorld xəbər verir ki, professor bunu İranın Ali Rəhbəri Müctəba Xameneinin atasının öldürülməsinə görə qisas alınacağına dair bəyanatı ilə əlaqələndirib. O bildirib ki, iranlıların hər axşam küçələrə çıxması cəmiyyətdə artan ictimai tələbin göstəricisidir.
Mustafa Xoşçeşm ABŞ-nin İranın ali rəhbərini və yüksək rütbəli hərbi rəhbərlərini öldürməsinin haqlı sayıla bilməyəcəyini iddia edib. Onun fikrincə, əgər Vaşinqton bunun əvəzini ödəməsə, gələcəkdə yeni ali rəhbəri də hədəfə almaqdan çəkinməyəcək.
Professor əlavə edib ki, ABŞ-nin indiyədək İranla əldə olunan razılaşmalara sadiq qalmadığını düşündüyü üçün qarşıdurmanın daha da kəskinləşməsi qaçılmaz görünür.







