Son dəqiqə

İran ABŞ Qətər Donald Tramp NATO sammiti Yaxın Şərq Danışıqlar Vasitəçilik Dövlət Departamenti

Tramp niyə ABŞ-İran danışıqları barədə açıqlama vermir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Trampın Qətərin vasitəçiliyi ilə İranla aparıldığı bildirilən son danışıqlarla bağlı heç bir açıqlama verməməsi diqqət çəkib.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən də bu danışıqlarla bağlı rəsmi mövqe bildirilməyib.

Məlumata görə, ABŞ və İran arasında gərginliyin ən yüksək həddə çatdığı bir dövrdə Qətər və Pakistan kimi ölkələr tərəflər arasında vasitəçilik təşəbbüsləri irəli sürüblər.

Tramp daha əvvəl də Qətərin ABŞ ilə İran arasında diplomatik əlaqələrin saxlanılması istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Lakin ABŞ Prezidenti Türkiyədə keçirilən NATO sammitindən qayıtdıqdan sonra son 24 saat ərzində İran məsələsi ilə bağlı hər hansı açıqlama verməyib.

Məlumata görə, Tramp həmin müddətdə yalnız bir sosial media paylaşımı edib və bu paylaşım Palm Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi ilə bağlı olub.

Ekspertlər hesab edirlər ki, Trampın bu mövzuda səssiz qalması ABŞ-İran münasibətlərində davam edən həssas diplomatik proseslərlə əlaqəli ola bilər.

Mövzuya görə xəbərlər