BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ Hərbi Dəniz Qüvvələrinin mümkün blokadasının yenidən tətbiq ediləcəyindən ehtiyat edərək bir gecə ərzində azı 10 milyon barrel xam neft və yanacaq daşıdığı bildirilir.
TurkicWorld xəbər verir ki, TankerTrackers.com platformasının məlumatına görə, yanacağın daşınması ABŞ-nin Tehrana neft ixracını açıq şəkildə həyata keçirməyə imkan verən 60 günlük sanksiya güzəştini qəfil ləğv etməsindən sonra başlayıb.
Məlumata əsasən, ABŞ bu qərarı İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlar həyata keçirməsindən sonra qəbul edib.
Bundan sonra Vaşinqton son 48 saat ərzində İranın hərbi infrastrukturuna qarşı bir sıra zərbələr endirib.
İranın neft ehtiyatlarını sürətlə daşımasının mümkün dəniz məhdudiyyətlərinə hazırlıq məqsədi daşıdığı ehtimal edilir.
Hörmüz boğazı ətrafında artan gərginlik qlobal enerji bazarlarında da narahatlıq yaradıb.







