Son dəqiqə

İran ABŞ neft Donald Tramp Yaxın Şərq Neft Qiymətləri enerji bazarı Qlobal bazar

İrana endirilən zərbələr neftin qiymətini cüzi artıracaq - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İrana endirilən son zərbələrin neftin qiymətinə məhdud təsir göstərəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında İrana qarşı hərbi əməliyyatlar həyata keçirilən zaman neftin qiymətinin adətən cüzi artdığını deyib.

Onun sözlərinə görə, son hücumlardan sonra da neftin qiymətində təxminən iki dollar artım müşahidə oluna bilər. Tramp hesab edir ki, ABŞ ilə İran arasında yenidən gərginliyin artması enerji bazarında ciddi qiymət sıçrayışına səbəb olmayacaq.

ABŞ Prezidenti jurnalistin bu qarşıdurmanın neft bazarına təsiri ilə bağlı sualını cavablandırarkən qiymət artımının məhdud səviyyədə qalacağını vurğulayıb.

Mövzuya görə xəbərlər