BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 qırıcılarının mümkün satışı ilə bağlı məsələnin yeni olmadığını bildirərək, NATO Zirvə Toplantısının nəticəsində bu istiqamətdə müsbət qərarın veriləcəyinə ümid etdiyini deyib.
TurkicWorld xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında Türkiyənin F-35 qırıcıları məsələsini ABŞ ilə dəfələrlə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu mövzu uzun müddətdir iki ölkənin gündəmindədir və yeni məsələ hesab edilmir.
Türkiyə Prezidenti qeyd edib ki, Ankaraya beş ədəd F-35 qırıcısının veriləcəyi ilə bağlı vəd təqdim olunub. O, NATO Zirvə Toplantısının yekununda bu məsələ ilə bağlı müsbət qərarın qəbul ediləcəyinə ümid etdiyini vurğulayıb.
Ərdoğanın açıqlaması ABŞ və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edib.







