Son dəqiqə

Türkiyə ABŞ Rəcəb Tayyib Ərdoğan Ankara Donald Tramp Vaşinqton Hərbi Əməkdaşlıq Müdafiə

Tramp Ərdoğanla ticarət və hərbi məsələləri müzakirə edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ticarət və hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp Ərdoğanı yüksək qiymətləndirərək onun bütün dünyada hörmət edilən lider olduğunu deyib. ABŞ Prezidenti Türkiyənin Ərdoğanın rəhbərliyi dövründə hərbi baxımdan çox gücləndiyini vurğulayıb.

Trampın sözlərinə görə, Vaşinqton və Ankara arasında münasibətlər mühüm əhəmiyyət daşıyır. O, iki ölkə arasında həm iqtisadi, həm də müdafiə sahəsində əməkdaşlığın müzakirə olunacağını qeyd edib.

ABŞ Prezidentinin açıqlaması Türkiyə ilə ABŞ arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi və ticarət əlaqələri ilə bağlı danışıqların gündəmdə olduğu bir vaxta təsadüf edir.

Mövzuya görə xəbərlər