Son dəqiqə

İsrail İran ABŞ Tehran İran Silahlı Qüvvələri Əli Xamenei Əmir Hatəmi

İran Silahlı Qüvvələrinin baş komandanı ABŞ və İsrailə qarşı qisas alınacağını bəyan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Silahlı Qüvvələrinin baş komandanı Əmir Hatəmi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edərək, ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin ölümünün cavabsız qalmayacağını bildirib.

TurkicWorld xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Əmir Hatəmi bu fikirləri Tehranda keçirilən Əli Xameneinin dəfn mərasimi zamanı səsləndirib.

Əmir Hatəmi bildirib ki, İran ABŞ və İsraili fevralın 28-də Əli Xameneinin həlak olduğu hava zərbəsinə görə məsul hesab edir.

Onun sözlərinə görə, İran xalqının düşmənlərinə qarşı daha qətiyyətli mövqe nümayiş etdiriləcək və Əli Xameneinin ölümünün qisası alınacaq.

General-mayor Əmir Hatəmi çıxışında ABŞ-ni və İsraili İran xalqının düşmənləri adlandıraraq, ölkəsinin öz təhlükəsizliyini və maraqlarını qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər