BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin müdafiə naziri İsrail Katsın İranın ali rəhbəri Müctəba Xamenei ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçi bildirib ki, İslamabad anlaşma memorandumunun müddəaları aydın şəkildə müəyyən edilib və hamıya məlumdur.
Nazir iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Tel-Əvivin razılaşmaya əməl etməsinə cavabdehlik daşıyır. Onun sözlərinə görə, əgər İsrail bu öhdəliklərə əməl etməsə, İran buna qətiyyətli cavab verəcək.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrail Kats İranın ali rəhbəri Müctəba Xameneinin "ölüm hədəfi" olduğunu bildirmişdi.
Kats, həmçinin İranı danışıqlarda güzəştlər əldə etməyə çalışan tərəf kimi xarakterizə edib və İsrailin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edib.
Abbas Əraqçi isə cavabında vurğulayıb ki, İran xalqına və ölkə rəhbərliyinə qarşı hər hansı təhdid dərhal və qəti cavabla qarşılanacaq.







