İsrail İran ABŞ Suriya Livan Qəzza İsrail Kats

Zərurət yaranarsa, İrana üçüncü dəfə də zərbə endirə bilərik - İsrailin müdafiə naziri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin müdafiə naziri İsrail Kats bildirib ki, zərurət yaranacağı təqdirdə ölkəsi İrana yenidən hərbi zərbə endirə bilər.

TurkicWorld xəbər verir ki, İsrail Kats bu fikirləri 2006-cı ildə Livanda baş vermiş müharibədə həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimində səsləndirib.

Onun sözlərinə görə, İsrail indiyədək İrana qarşı iki qabaqlayıcı hərbi əməliyyat həyata keçirib və ehtiyac yaranarsa, üçüncü zərbə də endiriləcək.

Müdafiə naziri əlavə edib ki, İsrail ordusu ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Livan, Suriya və Qəzzada "təhlükəsizlik zonaları" adlandırdığı ərazilərdə fəaliyyətini davam etdirəcək.

Bu açıqlama ABŞ-nin İranla diplomatik danışıqları davam etdirmək səyləri fonunda verilib.

Mövzuya görə xəbərlər