Son dəqiqə

İran ABŞ Qətər Skott Bessent Sanksiyalar Dondurulmuş aktivlər Xəzinə Nazirliyi dərman

ABŞ Maliyyə naziri: dondurulmuş İran vəsaitləri ABŞ məhsullarına yönləndiriləcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə naziri Skott Bessent dondurulmuş İran aktivlərinin böyük hissəsinin ABŞ məhsullarının alınmasına yönləndiriləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, o bu barədə CNBC telekanalına açıqlamasında danışıb.

Bessent qeyd edib ki, vəsaitlər ilk növbədə İran xalqının ehtiyacları üçün istifadə olunacaq, lakin proses ABŞ Maliyyə Nazirliyinin nəzarəti altında həyata keçiriləcək.

Onun sözlərinə görə, həmin vəsaitlərin böyük hissəsi ABŞ-dan ərzaq məhsulları və dərmanların alınmasına sərf ediləcək.

Nazir bildirib ki, bu mexanizm vasitəsilə “pullar yenidən ABŞ məhsullarına geri yönləndiriləcək”.

O, vəsaitlərin əsasən Qətər vasitəsilə idarə oluna biləcəyini də qeyd edib.

Mövzuya görə xəbərlər