BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib.
TurkicWorld xəbər verir ki, Tramp boğazda “bundan sonra dəniz blokadasının olmayacağını” bildirib.
Onun sözlərinə görə, hazırda bütün gəmilər mövqelərində saxlanılır və zərurət yaranacağı halda istifadə edilə bilər.
Tramp həmçinin iddia edib ki, İran “ən yüksək səviyyədə nüvə yoxlamalarına tam və qəti şəkildə razılaşıb”.
O bildirib ki, bu razılaşma olmasaydı, danışıqların davam etməsi mümkün olmayacaqdı.
ABŞ Prezidenti əlavə edib ki, İrana yönələn vəsaitlər və sanksiya yumşaldılması xüsusi hesablarda saxlanılacaq və ABŞ tərəfindən nəzarət ediləcək.
Trampın sözlərinə görə, bu vəsaitlər yalnız ərzaq və tibbi ləvazimatların alınmasına, o cümlədən ABŞ kənd təsərrüfatı məhsullarının – qarğıdalı, buğda və soya – satın alınmasına yönəldiləcək.







