Son dəqiqə

İran ABŞ İsveçrə Cey Di Vens ABŞ–İran danışıqları Bürqenştok

Vens: İran nümayəndə heyəti geri çəkilmədi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla aparılan danışıqlarda ciddi irəliləyiş qeydə alınıb və müzakirələr gecə saatlarına qədər davam edib.

TurkicWorld xəbər verir ki, Vens bu açıqlamanı İsveçrənin Bürqenştok şəhərində jurnalistlərə verib.

Onun sözlərinə görə, İran nümayəndə heyəti danışıqlar zamanı müəyyən məqamlarda prosesi tərk edəcəkləri ilə bağlı xəbərdarlıqlar edib, lakin bu baş verməyib.

Vens qeyd edib ki, sosial şəbəkələrdə də nümayəndə heyətinin danışıqlardan çıxacağı barədə iddialar yayılıb.

ABŞ vitse-prezidenti əlavə edib ki, İran tərəfinin texniki heyəti hazırda ABŞ nümayəndələri ilə birlikdə danışıqları davam etdirir.

O bildirib ki, Ağ Ev İran tərəfinin sərt bəyanatlarına cavab vermək hüququnu saxlayır və bu, diplomatik prosesin bir hissəsidir.

Vens həmçinin bildirib ki, danışıqlar zamanı müəyyən gərginlik və sərt bəyanatlar olsa da, proses davam edib və “çox böyük irəliləyiş” əldə olunub.

Mövzuya görə xəbərlər